• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir yeni aparat rəhbəri təyin etdi

Nazir yeni aparat rəhbəri təyin etdi
05.01.2018 21:13
Ayaz Əliyev İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.

APA-nın məlumatına görə, A. Əliyev 1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim olub, 2001-2003-cü illərdə Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin Vergi ödəyicilərinin auditinin təşkili şöbəsinin və Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Vergi orqanlarının fəaliyyətinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləyib.

A. Əliyev 2003-2008-ci illərdə Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Şəxsi heyətlə iş üzrə şöbəsinin, Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin və Daxili audit baş idarəsinin Struktur bölmələrinin auditi şöbəsinin rəisi vəzifələrində çalışıb. Kiçik vergi xidməti müşaviri xüsusi rütbəsi var. 2008-2014-cü illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin aparatında şöbə müdiri vəzifəsində işləyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi vardır. 2014-cü ilin mart ayından İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini, 2017-ci ilin dekabrından Aparat rəhbəridir.

Qeyd edək ki, bundan öncə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev Azərbaycan prezidenti İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli sərəncamı ilə energetika nazirinin müavini təyin edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol