• $
  • €
  • ₽
  • ₺
  • £

“DəmirBank”da pulu olanlara şad xəbər

“DəmirBank”da pulu olanlara şad xəbər
12.01.2018 10:26
Dəmirbank ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb.

Əmanətlərin Sığortalanması Fondundan (ADİF) APA-ya verilən xəbərə görə, "Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiyalar 26 ünvanda veriləcək.

Ərizə formalarını qorunan əmanətçilər fevralın 1-dən etibarən Fondun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən "Kapital Bank”ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan Dəmir Bank ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən Kapital Bank ASC-nin filialına fevral 1-dən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə "DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. ADİF Palatanın Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 dekabr 2017-cı il tarixli məktuba istinadən bildirir ki, Dəmir Bank ASC-də sığorta hadisəsi 22 dekabr 2017-ci ildə baş verib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən Dəmir Bank ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində Kapital Bank ASC seçilib.

Ləğv prosesində olan Dəmir bank ASC-də qorunan əmanətçilərə kompensasiyaların verilməsi üzrə Kapital bank ASC-nin filial şəbəkəsinin cədvəli:

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol