• $
  • €
  • ₽
  • ₺
  • £

Maaşınızdan nə qədər çıxacaqlar?

Maaşınızdan nə qədər çıxacaqlar?
12.01.2018 15:14
Bildiyimiz kimi, bu ilin yanvarın 1-dən etibarən "İşsizlikdən sığorta fondu haqqında” yeni qanun layihəsi qüvvəyə minib. "Qafqazinfo” xəbər verir ki, yeni qanun layihəsinin qüvvəyə minməsi ilə əlaqədar insanları əməkhaqqı məbləğində hansı dəyişikliklərin olacağı məsələsi düşündürür. 2018- ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsiz şəxsin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edir. İşsizlikdən sığorta ödənişinin isə 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən olunub. 

Sözügedən qanunun tələblərinə əsasən işçilərin əmək haqqının 0.5%-i, işəgötürən tərəfindən isə əmək haqqı fondunun 0.5%-i məbləği həddində sığorta haqqı hər təqvim ayı ərzində müvafiq icra hakimiyyəti orqanına ödəniləcək. 

Bununla yanaşı "Sosial sığorta haqqında” qanunun da tələblərinə əsasən hər təqvim ayı ərzində işçinin əmək haqqının 3%-i, əmək haqqı fondunun isə 22% məbləği işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilirdi.

2018-ci ildə ölkə üzrə yaşayış minimumunun dəyişməsi, yəni 155 manatdan 173 manata çatdırılması Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən aylıq 2500 AZN-dək məbləğdə əmək haqqı alan işçilərin sırf həmin məbləğ həddində gəlir vergisindən azad olmasına əsas verib. 

Belə olan halda bu gün işçinin aldığı mövcud əməkhaqqıdan hansı məbləğdə pulun  hara və necə çıxılacağını diqqətə çatdırırıq.

1) Məsələn, əgər işçi 400 manat əməkhaqqı alırsa, onun 3%-i məcburi dövlət sosial sığorta haqqına, yəni (12 manat) 

2) Mövcud əməkhaqqı məbləğindən minimum yaşayış həddi çıxılır ( 400-173=227) Alınan 227 manatın 14 %-i gəlir vergisi kimi yəni( 31.78)

3) 400 manatın 0,5%-i isə yəni (2 ) isə işsizlikdən sığorta fonduna

Beləliklə də, 400 manat əməkhaqqı alan işçi maaşından göstərilən məbləğlər çıxandan sonra  ( 400-12-31.78-2=354.22) 354.22 manat əməkhaqqı alacaq. 

İkinci misal. Məsələn, 2800 manat maaş alan işçinin əməkhaqqından çıxılacaq  məbləğləri hesablayaq. 

2800 manatın 3%-i 84 manatı məcburi dövlət sosial sığorta haqqı 

- 2500 manatın 14%-i 350 manatı gəlir vergisi , qalan 300 manatın 25 %-i yəni 75 manatı , ümumilikdə isə (350+75=425),

- 0,5%-i işsizlikdən sığorta haqqına yəni ( 14 man) çıxılır.

Beləliklə də 2800 manat əməkhaqqı alan işçidən (2800-84-425-14) 2277 manat əməkhaqqı alacaq. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol