• $
  • €
  • ₽
  • ₺
  • £

“Qara bazar” elə sürətlə inkişaf edib ki...”

“Qara bazar” elə sürətlə inkişaf edib ki...”
24.01.2018 09:41
Maliyyə Bazarlarına Nəzarət Palatası yanvarın 5-də "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı  təsdiqləməklə "exchange”lərin fəaliyyətinə yaşıl işıq yandırdı. Yeni qaydalarda şərtlər kifayət qədər sərtləşdirilsə də,  hələ də paytaxt küçələrində valyutadəyişmə məntəqələrinin (VDM) açılması müşahidə olunmur. Bəs görəsən, VDM-lərin açılması niyə bu qədər gecikir? Sahibkarları bu sahəyə yatırım etməkdən çəkindirən səbəb nədir?

Qeyd edək ki, şərtlərdən biri də  odur ki, valyuta dəyişmə əməliyyatları ilə məşğul olmaq istəyənlər lisenziya almalı, 50 min dollar və 50 min manat həcmində kapital qoyuluşu həyata keçirməlidirlər. Güman olunur ki, bu məbləğdə bir vəsaitin ilkin mərhələdə tələb olunması da investorları çəkindirən əsas amillərdən biridir.

 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da "Yeni Müsavat”a açıqlamasında hazırda  bu fəaliyyət növünə marağın az olduğunu dilə gətirib: "Qanun qəbul olunub, artıq valyutadəyişmə məntəqələri lisenziya alıb fəaliyyət göstərə bilərlər. Ancaq bu sahəyə maraq yoxdur. O cümlədən, bankların da VDM-lərə marağı yoxdur. Ancaq  Azərbaycana turist axını artdığından şənbə və bazar günləri müəyyən qədər problem yaranır. Ona görə də əgər banklar öz valyutadəyişmə məntəqələrinin şənbə və bazar günü də işləməsini təmin edə bilsə, burada heç bir problem olmaz. Bütün dünyada şənbə və bazar günlər də ”exchange"lər fəaliyyət göstərir. Yəni istənilən vaxt  valyuta dəyişmək mümkündür. Ancaq əgər bunu edə bilmirlərsə, VDM-lər üçün normal şərait yaradılmalıdır ki, onlar işləyə bilsinlər. Qanun layihəsində elə bir ciddi problem yoxdur. Yeganə olaraq, 50 min manat depozit qoyulması məsələsi var. Gözləyirik ki, "exchange”lər işə düşsün və görək ki, bu qanun işləyir ya yox. Hələ ki VDM-lərin fəaliyyəti müşahidə olunmur. Mən görməmişəm ki, haradasa valyutadəyişmə məntəqəsi işləsin. Bir də ola bilər ki, qara bazarda  valyutadəyişmə  elə yüksək sürətlə inkişaf edib ki, heç "exchange”lərə ehtiyac qalmayıb".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol