• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı iş adamı insan sümükləri üzərində əyləncə mərkəzi tikir

Azərbaycanlı iş adamı insan sümükləri üzərində əyləncə mərkəzi tikir
04.02.2018 16:38
Rusiyanın Sankt-Peterburq şəhər Dumasının üzvü Boris Vişnevski qubernator Georgi Poltavçenkoya müraciət edərək azərbaycanlı biznesmen, "Konrad” şirkətlər qrupunun sahibi, milyarder Vaqif Məmişovun mühasirə qurbanlarının dəfn edildiyi məzarlığın ərazisində tikinti aparmasını dayandırmağa çağırıb.

Virtualaz.org xəbər verir ki, Vaqif Məmişovun "Likostroy” adlı şirkəti "Sputnik” kinoteatrının yerində ticarət-əyləncə mərkəzi inşa edir. Deputat tikinti sahəsinə baxış keçirib və bildirir ki, ərazi keçmiş kinoteatrın yerindən çoxdan kənara çıxıb və Farforovsk məzarlığının ərazisinə keçib. Həmin məzarlıqda İkinci dünya müharibəsində Leninqradın alman qoşunları tərəfindən  mühasirəsi zamanı həlak olanların dəfn olunduğu aşkarlanmışdı.

"Yanvarın 27-də, Leninqradın mühasirədən azad olunması günü bütün şəhər rəhbərliyi kədərli sifətlərlə Piskarevsk məzarlığı qarşısında dayanmışdı və mühasirə qurbanlarının xatirələrini anırdı. Yaxşı olardı ki, onlar Farforvovsk məzarlığı qarşısında dayanaydılar və Vaqif Məmişovun, yeri gəlmişkən qubernatorun müşavirinin "Likostroy” şirkətinin mühasirə qurbanlarının sümükləri üzərində tikinti aparmasına imkan verməməyədi”- deputat müraciətində bildirir.

Vişnevski deyib ki, şəhər meriyasının tikintiyə nəzarət və ekspertiza Xidmətində ona narahat olmamağı məsləhət görüblər. Deyiblər ki, tikintinin sifairşçisi və podratçısı ərazidə insan qalıqlarının aşkarlanmasına nəzarət edirlər. Lakin deputata görə bu, düzgün deyil. Çünki tikintini aparanlar maraqlı tərəfdir və onlar faktları gizlədə bilərlər. Çünki ərazidə insan qalıqları aşkarlansa, qanuna görə tikinti dərhal dayandırılmalıdır.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol