• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ərzaq və içki bahalaşıb

Bakıda ərzaq və içki bahalaşıb
09.02.2018 11:16
Ötən il paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 19613,5 milyon manat olub. 

Bakı Şəhər Statistika İdarəsindən Oxu.Az-a verilən xəbərə görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9583,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10029,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 45,0 milyon manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,1 faizi hüquqi şəxslərdən, 1,9 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə, əsasən, qeyri-ərzaq məhsulları realizə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol