• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”ə Papaq at və hədiyyə al! Misilsiz Novruz kampaniyası!

“Bakcell”ə Papaq at və hədiyyə al! Misilsiz Novruz kampaniyası!
28.02.2018 11:53
- Bakcell şirkəti Novruz bayramı münasibətilə öz abunəçilərinə pulsuz dəqiqə, SMS və meqabaytlar təqdim edəcək

- Abunəçilər hər dəfə nömrənin balansını artırdıqda şirkətdən müxtəlif hədiyyələr alacaq

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti hər il olduğu kimi bu il də öz abunəçilərini Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramında bol-bol hədiyyələrlə sevindirir.

Qonşunun qapısına papaq atıb bayram şirniyyatı payını almaq ən sevimli Novruz adət-ənənəlindən biridir ki, həmin gözəl ənənəyə sadiq qalan Bakcell öz abunəçilərini qapısına virtual papaq atıb pulsuz dəqiqələr, SMS və Meqabaytlar qismində Novruz hədiyyələrini almağa dəvət edir. Belə ki, Novruz bayramı ərəfəsində nömrənin balansını ən azı 2 AZN məbləğində artıran hər bir əvvəlcədən ödənişli (prepaid) Bakcell abunəçisini gözəl təsadüfi hədiyyə gözləyir.

Fevralın 26-dan martın 31-dək davam edəcək hədiyyə kampaniyasına qoşulmaq olduqca asandır. Bunun üçün sadəcə "papaq” sözünü yazıb pulsuz SMS vasitəsilə 7777 nömrəsinə göndərmək kifayətdir. Kampaniyaya qoşulandan sonra abunəçi balansına hər dəfə ən azı 2 AZN məbləğində vəsait yükləyəndə "Bakcell”dən təsadüfi hədiyyə alacaq. Bu misilsiz hədiyyə kampaniyası çərçivəsində abunəçilər 100-ə qədər pulsuz şəbəkədaxili zəng dəqiqəsi, 100-ə qədər pulsuz ölkədaxili SMS və hətta 500 Mb-ə qədər pulsuz internet paketi və digər gözəl hədiyyələri qazana biləcəklər.

Qeyd edək ki kampaniya ərzində balans artımı və hədiyyələrin sayına görə heç bir məhdudiyyət yoxdur. Kampaniyada yalnız əvvəlcədən ödənişli (prepaid) Bakcell tariflərinin abunəçiləri iştirak edə bilər.

Odur ki, siz də "Bakcell”ə papaq atın və Novruz hədiyyələrinizi alın!

Azərbaycanın İlk Mobil Operatoru "Bakcell” şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol