• $
  • €
  • ₽
  • ₺
  • £

AYİB: Azərbaycan növbəti risklər üçün daha hazırlıqlıdır

AYİB: Azərbaycan növbəti risklər üçün daha hazırlıqlıdır
01.03.2018 18:00
"2014-2016-cı illər arasında Azərbaycanda iqtisadi azalma müşahidə olunub. Dünya bazarında neft qiymətlərinin azalması buna təsir edib. Çünki, ölkə iqtisadiyyatı neft sektorundan asılıdır".

"APA-Economics" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı Konstantin Kintsuraşvili deyib.

Onun sözlərinə görə, iqtisadiyyatdakı azalma konservativ büdcə planlaması, fiskal siyasət strategiyasına yenidən baxılması ilə nəticələnib: "Buna görə də Azərbaycan artıq növbəti risklər üçün daha hazırlıqlıdır. Gələcəkdə belə hallar üzə çıxdıqda ölkə daha hazır olmalıdır. İqtisadi alətlər düzgün və yerində olmalıdır ki, risklərə və tsikillərə adekvat cavab verilsin. Azərbaycan Mərkəzi Bankının qarşısında duran əsas vəzifə dollarlaşma ilə bağlıdır. Bank sektorunda restrukturizasiya həyata keçirilməlidir. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası uğurla həyata keçirilib və bu proses davam etdirilməlidir. İqtisadiyyatın diversifikasiyası isə məhdud olaraq qalır. Biz bilirik ki, bunu qısa zamanda həyata keçirmək çətindir. Buna nail olmaq üçün müəyyən zaman tələb olunur. Lakin neft qiymətlərinin artımı buna kömək edə bilər".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol