• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov: “355 min nəfərin əmək haqları artırılıb”

Səlim Müslümov: “355 min nəfərin əmək haqları artırılıb”
02.03.2018 11:28
"Səhiyyə müəssisələrində və sosial təminat müəssisələrində çalışan və dövlət büdcəsindən maliyyələşdirilən şəxslərin əmək haqları mart ayının birində etibarən 10 faiz artırılıb. Ümumilikdə bu 4 kateqoriya üzrə 355 min şəxsə şamil olunacaq”.

APA-nın şimal bürosunun məlumatına görə, bunu Siyəzəndə jurnalistlərin suallarını cavablandıran əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bunlardan 200 min nəfər yaxını təhsil işçiləri, 140 min nəfərə yaxın səhiyyə müəssisələrində, 13 min nəfər yaxını elmi və elmi tədqiqat müəssisələrində, 2 min nəfər yaxın şəxs isə sosial təminat müəssisələrində çalışanlardır. Nazir bu şəxslərin 10 ay ərzində əmək haqlarının artırılması üçün dövlət büdcəsindən təqribən 100 mln. manatın ayrılması nəzərdə tutulduğunu deyib. 

"Göründüyü kimi, Azərbaycan prezidenti İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir və bunların hamısı əhalinin real gəlirlərinin artırılmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş addımlardır. Bu istiqamətdə işlər 2003-cü ildən başlayaraq sürətli şəkildə davam etdirilir. Bu da həmin səpgili növbəti addımların davamıdır. Bu prezidentin elan etdiyi kimi sosial dövlətin sürətli qurulmasını sübut edən faktlardır”, - deyə nazir vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol