• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni bank yaradıla bilər

Azərbaycanda yeni bank yaradıla bilər
03.03.2018 09:54
"TBC Kredit” bank olmayan kredit təşkilatı (BOKT) uzunmüddətli perspektivdə Azərbaycan bank lisenziyası üçün müraciət etmək imkanını istisna etmir.

Bunu trend-ə müsahibəsində "TBC Kredit”in direktoru Nukri Tetraşvili deyib.


O bildirib ki, Gürcüstanda fəaliyyət göstərən "TBC Bank” üçün Azərbaycan bazarı maraq kəsb edir:

"Azərbaycan və Gürcüstan qonşu və strateji tərəfdaşdır. Ona görə də istisna olunmur ki, "TBC” Azərbaycanda da bank kimi fəaliyyət göstərmək niyyətində olsun. Qeyd etmək istəyirəm ki, hazırda bizim bu cür planlarımız yoxdur, amma Azərbaycan bazarının vacibliyi və əhəmiyyətini nəzərə alaraq bu, uzunmüddətli perspektivdə mümkündür”.

N.Tetraşvilinin sözlərinə görə, "TBC Kredit” həmişə bank normativ tələblərinə cavab verməyə çalışıb:

"Biz bank olmasaq belə, çalışmışıq ki, Azərbaycanda banklar qarşısına qoyulan tənzimləyici tədbirlərə əməl edək. Məsələn, indi BOKT-lardan kredit verilməsi zamanı ehtiyatların yaradılması tələb olunmur, amma biz daxili hesabatlılıq üçün bu addımı atırıq. "TBC Bank”ın səhmləri London Fond Birjasında kotirovka olunur, ona görə də əsas şirkətimiz tərəfindən bizə audit, maliyyə hesabatlılığı və digər məsələlərlə bağlı ciddi tələblər qoyulub”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol