Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
AMB-dən "APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 18 mln. dollar və ya 23,3% çoxdur. Fevral ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 mln. dollar və ya 0,11% artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























