• $
  • €
  • ₽
  • ₺
  • £

Fırtınaya düşən balıqçılar xilas edildi - Fotolar

Fırtınaya düşən balıqçılar xilas edildi - Fotolar
13.03.2018 10:14
Bu il martın 12-də Astara reydində fırtınalı hava şə­raiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən "ŞA-274” bort nömrəli, "Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyə­ti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Kələdəhnə” sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.

"Qafqazinfo" xəbər verir ki, DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xid­mət­də olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanaraq təhlükədə olan üz­mə vasitəsinin koordinatları ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xi­las­et­mə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq sə­bəbidən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.

Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edil­miş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Sü­leyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol