• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni sədrdən ilk qərar - Bu qurumlar bağlandı

Yeni sədrdən ilk qərar - Bu qurumlar bağlandı
15.03.2018 19:25
Azərbaycan Beynəlxalq Bankı bəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, ləğvinə qərar verilən törəmə qurumlar "Bank "MBA-Moskva” (MBA-Moskva), "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və "Biznes-Rabitə” MMC-dir.

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov bağlı bildirib: "14 mart 2018-ci il tarixində keçirilmiş Bankın Səhmdarlarının Ümumi Yığıncağında "Bank "MBA-Moskva”, "ABB-Gürcüstan” və "Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alındı. Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”.
Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.

Bankın digər törəmə müəssisələri, o cümlədən "Azərikard” prosessinq mərkəzi və "Beynəlxalq Lizinq” Şirkəti isə fəaliyyətini davam etdirməkdədir.
Qeyd edək ki, "Aqrarkredit” QSC səhmdar kredit təşkilatının "Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol