• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”dan sosial faydalı təşəbbüs

“Bank Respublika”dan sosial faydalı təşəbbüs
19.03.2018 11:10
Yurdumuza bahar təravətli Novruz gəlir. Novruz xoş ovqatdır, xoş əhvali-ruhiyyədir, arzudur, istəkdir, amaldır. Bəs bilirsinizmi Novruz bayramını ən çox kim gözləyir, arzulayır? Əlbəttə ki, balacalar!

Hər zaman sosial məsuliyyət siyasəti çərçivəsində faydalı layihələr reallaşdıran Bank Respublika bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən uşaq evlərində balacalar üçün "ŞƏN çərŞƏNbə" adlı sosial layihə həyata keçirdi.

Layihə çərçivəsində bankın əməkdaşları Novruz bayramının hər çərşənbə axşamı Şəki, Lənkəran və Gəncə şəhərlərində yerləşən uşaq evlərinə səfər etdilər. Ordakı balaca fidanlar üçün bayramın rəmzi olan Kosa və Keçəlin iştirakı ilə bayram şənliyi təşkil edərək onlara şən çərşənbə axşamı yaşatdılar. Maraqlı keçən şənlik uşaqlar tərəfindən böyük sevinclə qarşılandı. Uşaqlar bankın əməkdaşları ilə birlikdə müxtəlif oyunlar oynadı, şeir söylədilər, mahnılar oxudular və rəqs etdilər. Şənliyin sonunda balacalara bayram sovqatları hədiyyə edildi.

Bankdan verilən məlumata əsasən Bank Respublika bu il həyata keçirdiyi strateqiya çərçivəsində sadəcə biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.
 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol