• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın aylarda yenidən vulkan püskürə bilər

Yaxın aylarda yenidən vulkan püskürə bilər
28.03.2018 15:12
"Azərbaycanda ötən ildən palçıq vulkanlarının püskürməsində aktivlik müşahidə edilir. 2018-ci ilin əvvəli də Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi ilə səciyyələnir”.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər il ərzində 2-4 palçıq vulkanı püskürür. Ancaq bəzi illərdə seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da artıb:

"Azərbaycanda palçıq vulkanlarının püskürməsinin əsas səbəbi zəlzələlərdir. Seysmik aktivlik artıqda palçıq vulkanlarının püskürməsi halları da çoxalır. Məsələn, 1926-cı ildə ölkədə il ərzində 8, 1986-cı ildə 12, 2004-cü ildə 9 püskürmə olub. 1986-cı ildən 1989-cu ilə qədər ölkədə seysmoloji aktivlik yüksək olduğundan palçıq vulkanlarının püskürməsi hallarının da sayı çox olub. 2000-ci ildə noyabrın 25-də Bakıda baş verən güclü zəlzələ nəticəsində 2001-ci ilin may ayına qədər yeraltı təkanlar qeydə alınıb. Ona görə də bu müddətdə rekord səviyyədə 16 püskürmə baş vermişdi”.

2004-cü ildə vulkan püskürməsi baxıçımdan "sakitlik” dövrünün müşahidə edildiyini deyən A.Əliyev qeyd edib ki, 2017-ci ildən başlayaraq, ölkədə palçıq vulkanlarının püskürməsində yenidən aktivləşmə qeydə alınır. 2017-ci ildə yalnız yanvar ayından iyun ayınadək 7 püskürmə qeydə alınıb:

"Bu da rekord səviyyədir. Çünki adətən, il ərzində 7 püskürmə olduğu halda, həmin ildə 6 ay ərzində bu qədər sayda püskürmə baş verib”.

A.Əliyev bildirib ki, bu il yanvar ayının 15-dən 16-na keçən gecə Şamaxıda Quşçu, martın 1-də Qobustanda Torağay vulkanı püskürüb: "Mən güman edirəm ki, bu bölgədə müşahidə edilən aktivləşmənin nəticəsi kimi biz yaxın aylarda yenə də palçıq vulkanının püskürməsini müşahidə edəcəyik”.

Alim əlavə edib ki, Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi daha çox Şamaxı-Qobustan regionunda, xüsusilə Qobustanda müşahidə edilir.

O hesab edir ki, palçıq vulkanlarının püskürməsinə səbəb olan seysmoloji aktivlik vulkana yaxın ərazidə qeydə alınmalıdır:

"Hesab etmirəm ki, Zaqatalada baş verən zəlzələ Bakıda vulkanın püskürməsinə səbəb ola bilər. Vulkan zəlzələnin episentrindən 80-100 km-lik məsafəyədək yerləşirsə, onda bu ərazidə baş verən zəlzələ vulkanın püskürməsinə səbəb olur”.

A.Əliyev əlavə edib ki, hazırda Azərbaycanda 353 palçıq vulkanı var. Onun 200-ü quruda, 154-ü dənizdədir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol