• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Abbas Abbasovun həbsini tələb edir

Deputat Abbas Abbasovun həbsini tələb edir
30.03.2018 09:06
"2013-cü ilin prezident seçkiləri ərəfəsində də Abbas Abbasov hoqqabazlıq edərək, ”Milyarderlər ittifaqı" deyilən bir qurum yaratdı, müəyyən insanları ora cəlb etdi. Rüstəm İbrahimbəyovu də tovlayaraq, bu prosesə cəlb etmişdi. Amma Abbas Abbasov fiaskoya uğradı. Bu başqa cür də ola bilməzdi”. 

"Qafqazinfo” xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı "Yeni Müsavat”a açıqlamasında deyib. O, bildirib ki, Abbas Abbasov bunlardan nəticə çıxarmayıb: "Mənə elə gəlir ki, Azərbaycan dövləti o, vəzifədən uzaqlaşdırıldığı vaxt konkret addımlarını atmalı idi. Onun əməllərinə hüquqi qiymət verilməli idi ki, ikinci belə bir biabırçı hadisə baş verməyəydi. Abbas Abbasov bu əməllərlə məşğul olursa, onun haqqında deyilənlər öz təsdiqini taparsa, o, hökmən Azərbaycana gətirilməli, onun haqqında ölkənin qanunları çərçivəsində tədbirlər həyata keçirilməlidir. Onun tərəfdarıyam ki, Azərbaycan dövlətinə, onun zəifləməsinə, ölkədə qarşıdurmanın yaranmasına, sabitliyin pozulmasına kim xidmət edirsə, ona qarşı çox sərt tədbirlər həyata keçirilməlidir. Onlara hər hansı bir güzəşt ola bilməz".

F.Ağamalı sabiq məmurun barəsindəki iddialarla bağlı susqunluğuna da toxundu: "Yadınıza gəlirsə, bundan öncə bu və ya buna bənzər digər ittihamlar Abbas Abbasovun ünvanına səsləndiriləndə o, bunları təkzib edir, özünün dövlətə sədaqətini ifadə edirdi. Lakin altdan-altdan öz işlərini də görürdü. Hər halda, indi onun reaksiya verib-verməməsindən asılı olmayaraq, onunla bağlı faktlar dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Hüquqi müstəvidə bu məsələlər çözülməlidir. Onun etdiyi hər bir əməlin cavabı verilməlidir. Tamamilə əminəm ki, Vidadilərin, Orduxanların  və onlar kimi tərbiyəsiz insanların arxasında kimlərsə dayanıbdır. Onlar maliyyələşdirilir, ayrı-ayrı faktlarla ”silahlandırılır". Bu böyük bir şəbəkədir, bu şəbəkənin dibinə qədər gedib, onu son nöqtəsinə qədər üzə çıxarıb, sərt mövqe ortaya qoyulmalıdır. Bu cür yaramazların qarşısı alınmasa, düşünürəm ki, bizə heç bir hörmət gətirməyəcək. Azərbaycan prezidenti və onun ailəsi ölkənin konstitusiyası və qanunları ilə birmənalı şəkildə müdafiə olunur, onlara qarşı təhqirlər, təhdidlər Azərbaycanda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyəti yaradır. Bununla bağlı bizlər Cinayət Məcəlləsinə dəyişikliklər də etmişik. Bu hüquqlardan tam şəkildə istifadə edilməlidir. Söyüş söyənlər və onların arxasında duranların hamısı qanunlar qarşısında cavab verməlidirlər".

Deputat A.Abbasovun ölkəyə gətirilməsinin tam mümkün olmasından da söz açıb: "Abbas Abbasov Azərbaycan qanunlarını pozursa, bu cür təxribatlarla məşğul olursa, Rusiya da özünə hörmət edən hüquqi dövlətdirsə, onu  Azərbaycana təhvil verməlidir. Bunun başqa bir alternativini görmürəm. Bugünkü Rusiya üçün Abbas Abbasov o qədər də ciddi  fiqur deyil. Onun Azərbaycana gətirilməsində hər hansı bir problem görmürəm”.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol