• $
  • €
  • ₽
  • ₺
  • £

“Full” paketlərinə 50 minədək “Nar” abunəçisi qoşulub

“Full” paketlərinə 50 minədək “Nar” abunəçisi qoşulub
14.04.2018 19:46
"Nar”-ın sərfəli "Full” paketlərindən istifadə etmiş abunəçilərin sayı qısa müddət ərzində 50 minə çatıb. Sərfəli qiymətə ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Xatırladaq ki, "Nar”-ın təqdim etdiyi "Full” paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq "yanmayan” bonuslar təcrübəsinə əsaslanır. Belə ki, keçirilmiş çoxsaylı sorğular və abunəçilərin istəkləri əsasında bonusların yanmaması və bir sonrakı aya keçirilməsi təmin edilib. Abunəçilərin sorğularına əsasən, bonusların toplanmasından başqa, həm də qalıq bonusların dəyişdirilməsi funksiyası – "Exchange” təklifi irəli sürülüb.

Beləliklə, "Full” paketlərinin daha bir özəlliyi "Nar” abunəçilərinin dəqiqələri meqabaytlara və ya, əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahib olmalarıdır. Bununla daha bir ilkə imza atmış "Nar” artıq "Full” paketlərinin istifadəçilərinə öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları digər bonuslarla dəyişmək fürsətini də verib. "Exchange” təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə bilir.

Rominqdə olan "Full” istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Belə ki, Türkiyə və ya İranda rominqdə olan "Nar” istifadəçiləri 2 GB-dək internet bonusu əldə edirlər.

"Full” paketləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

"Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ilin 2-ci rübündə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş işlər sayəsində "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

"Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol