Bütün kənd yolları yenidən qurulacaq

Bu ilin sonuna qədər Azərbaycanda yeni salınmış yolların sayı 15 min km-ə çatacaq.
Anews.az xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün andiçmə mərasimində deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün kənd yolları yenidən qurulacaq:
"Kənd yolları ilə bağlı təkliflər daxil olub, tədricən bütün yollar yenidən qurulacaq. Yol infrastrukturu ilə yanaşı, bütün kəndlərdə içməli su infrastrukturu da qurulacaq və tədricən bütün kəndlər təmiz içməli su ilə təmin ediləcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 





















