• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan biznes sahibləri üçün yeni kampaniya: bank xidmətləri komissiyasız oldu!

Unibankdan biznes sahibləri üçün yeni kampaniya: bank xidmətləri komissiyasız oldu!
30.04.2018 11:06
Indi Unibankda hesab açan fərdi sahibkarlar və şirkətlər üçün 3 ay ərzində hesablaşma və kassa əməliyyatları PULSUZ olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı keçirilən kampaniya mayın 28-dək davam edəcək. Biznes sahibləri üçün 0% komissiyalı kampaniya aşağıdakı xidmətləri əhatə edir:

* Konvertasiya əməliyyatları;

* Manat və xarıcı valyuta ödənişləri;

* Əmək haqqı layihəsi üzrə köçürmələr;

* Nağd pulun çıxarılması;

* Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər.

Cümhuriyyətin 100 illiyi münasibətilə komissiyasız biznes kreditləri kampaniyası da davam edir. Kampaniya çərçivəsində biznes sahibləri mayın 28-dək Unibankdan 100.000 manatadək biznes kreditlərini 0% komissiya və 100 günədək güzəşt müddəti ilə götürə bilərlər. Biznes kreditləri üzrə effektiv faiz dərəcəsi 10%-dən başlayır.

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

* Sərfəli tariflər;

* Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

* Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

* Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

* Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

* Sənəd dövriyyəsinin minimuma endirilməsi;

* Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

* Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol