BP Abşeronun dayaz sularında ilk quyunun qazılacağı müddəti açıqlayıb

BP şirkəti Abşeronun dayaz sularında yerləşən perspektiv strukturlarında ilk quyunun qazılmasına 2019-cu ilin əvvəlində başlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O qeyd edib ki, şirkət müqavilə sahələrində qazma işlərinin başlaması üçün hazırlıqları davam etdirir:
"Üç quyunun qazılması üçün məkanlar seçilib. Onlar müqavilə sahələrinin müxtəlif zonalarında yerləşəcək. Bu struktur yaxşı perspektiv ehtiyatlara malikdir. Qazma işlərinə böyük ehtimalla 2019-cu ilin əvvəlində başlayacağıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 





















