• $
  • €
  • ₽
  • ₺
  • £

10 dövlət əmlakı özəlləşdirildi - Bugünkü hərrac

10 dövlət əmlakı özəlləşdirildi - Bugünkü hərrac
15.05.2018 22:17
Əmlak Məsələləri Dövlət Komitəsinin mayın 15-də keçirilən özəlləşdirmə hərracında 3 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 4 avtomobil özəlləşdirilib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda ehtiyat hissələrinin satışını həyata keçirmək üçün mağaza özəlləşdirilib. Bərdə şəhərində yerləşən həmin obyektin ümumi faydalı sahəsi 55 kv.m-ə yaxın, torpaq sahəsi isə 70 kv.m-dən çoxdur.

Özəlləşmədə alıcısını tapan sərfəli əmlaklardan biri də 5 saylı avtomobillərə qazdoldurma stansiyasıdır. İnvestorlar Lənkəran şəhərində yerləşən həmin obyekti xidmət sahəsinə cəlb edə bilərlər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 80 kv.m-dən çox, torpaq sahəsi isə 8 min kv.m-ə yaxındır.

Kulinariya sahəsində fəaliyyət göstərən obyektlərin sırasına biri də daxil ola bilər. Söhbət "Azərbaycan xörəkləri” kafesindən gedir. Paytaxtın Binəqədi rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 220 kv.m-dən çox, torpaq sahəsi isə 450 kv.m-ə yaxındır.

Budəfəki hərracda da qeyri-yaşayış sahəsi biznes obyektinə çevrilir. Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinə gəlir gətirə bilər. Belə ki, mülkiyyətçi həmin obyekti həm kirayə verməklə, həm də ofisdaxili xidmət göstərməklə də yaxşı qazanc əldə edə bilər.

Bundan başqa, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi də xidmət sferasında sahibi üçün yararlıdır. Həmin obyektin ümumi faydalı sahəsi 40 kv.m-ə yaxındır.

Hərracda Daxili İşlər Nazirliyinin balansındakı avtomobillər də sahibini tapıb. BMW və Fiat markalı həmin maşınların istehsal tarixi 2007-ci ildir.

Növbəti özəlləşdirmə hərracı isə mayın 22-də keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 28-i kiçik dövlət müəssisə və obyekti, 20-si istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol