• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli oldu

“Nar”-ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli oldu
15.05.2018 19:08
Azərbaycanda startapların formalaşması və genişləndirilməsinə xüsusi önəm verən "Nar” operatorunun dəstəklədiyi "Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli turu yekunlaşıb. "Imagine Cup 2018” müsabiqəsinin milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, layihələri layiqincə təqdimetmə bacarığını qiymətləndirmiş, gənc ixtiraçılara "Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub.

Milli Turda 9 ali təhsil müəssisəsi və "SABAH Qrupları”ndan olan komandalar iştirak ediblər. Bu mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub. Üçüncü yerə "Ağıllı dibçək” layihəsinə görə "GardenX” komandası layiq görülüb. İkinci yeri həvəskar bələdçilər üçün mobil tətbiq hazırlayan "GuideAmigo” komandası tutub. Bu tətbiq vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Müsabiqənin birinci yerinə isə "KubiRub” komandası layiq görülüb. Bu komanda "Rubik kubu” məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubun tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq.

Yerli final mərhələsinin qalibi ABŞ-da keçiriləcək finalda iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 min ABŞ dolları uğrunda mübarizəni davam etdirmək imkanı əldə edəcək. Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Regional mərhələdə komandaların layihələrini azərbaycanlı mütəxəssislərin də yer aldığı beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Təhsil, elm və mədəniyyətin inkişafı "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol