Heydər Əliyev prospektinin bir hissəsi bağlanır

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, analoji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparılır.
"Bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 





















