• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 56 əcnəbi saxlanıldı

Azərbaycanda 56 əcnəbi saxlanıldı
18.05.2018 14:29
Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərini da­vam etdirir.
 
DMX-dən AzVision.az-a verilən məlumata görə, xidmət tərəfindən qa­nun­suz miqrasiyaya qarşı həyata keçirilən təd­bir­lər za­ma­nı 56 nəfər əcnəbi aşkar edilib. Onlardan 13-ü Hindistan, 12-si Türkiyə, 10-u Pakistan, 7-si İran, 7-si Nepal, 4-ü Özbəkistan, 2-si Gürcüstan və 1-i Türkmənistan və­­tən­da­şıdır. Həmin şəxslərdən 38 nəfəri Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mər­kə­zin­də yerləşdirilib. Araşdırma zamanı 4 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, Pakistan vətəndaşı Muhammad Munirin qeyr-qanuni ola­raq küçə ticarəti ilə məşğul olduğu, digər əcnəbilərin Azərbaycan Respublika­sı­nın əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

Saxlanılan Nepal vətəndaşları Thapa Dal Bahadur, Nepali Bhim və Karki Rameshin Hindistanda fəaliyyət göstərən Raju adlı şəxs tərəfindən Tür­ki­yəyə göndərilmək adı altında Azərbaycana gə­ti­ril­məsinin və burada yerləşdirilməsinin təşkil edildiyi müəyyən edilib. Həmin Nepal vətəndaşlarının Azərbaycandan İrana, oradan Türkiyəyə keçiril­mək­lə leqalla­şacaqlarına vəd verilib və qanunsuz miqranta çevril­mə­lə­ri­nə şə­rait yaradılıb. 

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb. Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan və­­tən­da­şları və saxlanılan əcnəbilərdən İran və­tən­­­­daş­­­ları­nın ölkəni tərk etmələri tə­min edilib, digər şəxslərin Azərbaycan Res­­publikası hüdudlarından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq təd­bir­­lər görülür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol