• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrükdən sahibkarlara SMS-lər göndəriləcək

Gömrükdən sahibkarlara SMS-lər göndəriləcək
25.05.2018 15:00
"Azərbaycanda dövlət orqanlarının rəhbərləri, nazirlərin xidməti və vəzifə borcu odur ki, gələcəkdə sahibkarlara şəffaf mühitin formalaşdırılması istiqamətində əllərindən gələn hər bir qüvvəni bir yerə cəmləməkdir".

Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ticarət zənciri, ticarətin inkişafı və qlobal ticarətdə baş verən yeniliklər dövlət qurumlarında xüsusi islahatların aparılmasını labüd edir: "Bu istiqamətdə bizim də xidməti borcumuz ondan ibarətdir ki, fəaliyyətlərimizi, gələcək inkişafımızın istiqamətlərini prezidentimizin qarşımıza qoyduğu proqramlar çərçivəsində, siz təklifləriniz və hökumətin verəcəyi qərarlar ilə sürətləndirək və iqtisadi inkişafa nail olaq. Məqsədimiz bu yolları axtarmaq və biznes-dövlət dostluğunun təkmilləşdirilməsini genişləndirməkdir”.

O bildirib ki, yaxın günlərdə sahibkarlar üçün 4 yeni xidmət tətbiq ediləcək: "Bu yaxınlarda sahibkarların idxal etdikləri mallar sərhədə çatarkən hər bir sahibkara SMS vasitəsilə operativ məlumat ötürüləcək. Onlara ödəyəcəyi vergilərin nə qədər olacağı ilə bağlı qabaqcadan SMS məlumatlar veriləcək ki, bu da ticarətin asanlaşdırılması, sahibkarların bəzən günlərlə gömrük anbarlarında olan yüklərinin gömrük rəsmiləşdirilməsini sürətləndirilməsinə təkan verəcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol