• $
  • €
  • ₽
  • ₺
  • £

114 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

114 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq
30.05.2018 21:46
Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 27-də dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.

Komitədən Mia.az-a verilən məlumata görə, ümumilikdə hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının sayı 114-dür. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.

İri həcmli investisiyalar təmir-tikinti, sənaye, aqrar, nəqliyyat sahələri ilə bağlı təklif olunan səhmdar cəmiyyətləri arasından seçim edilərək böyük biznes layihələrinə cəlb oluna bilər.

Səhmdar cəmiyyətləri paytaxtla yanaşı Salyan, Sabirabad, Yevlax və digər bölgələrdə yuxarı gəlir mənbəyinə çevrilə bilər. Yevlax şəhərində 2 nəqliyyat, 2 təmir-tikinti, 1 sənaye sahəsinə aid səhmdar cəmiyyətləri təklif olunur. Qax şəhərində yerləşən "Qax Taxıl”, Abşeron rayonu, Masazır kəndində yerləşən "Masazır quşçuluq” kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi, aqrar sahənin inkişafına dəstək olmaqla yanaşı, investora yüksək gəlirlər gətirə bilər.

Kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyənlərin planlarını həyata keçirmək şansları bu hərracda da yüksəkdir. Belə ki, onlar kiçik dövlət müəssisə və obyektləri, eləcə də qeyri-yaşayış sahələrinə investisiya edərək məişət, iaşə, qida, toxuculuq və digər xidmət sahələri üzrə biznes sahibi ola bilərlər. Hərraca çıxarılan iaşə və xidmət obyektlərinə Astarada yerləşən "Azərbaycan” kinoteatrı, Bakıda yerləşən "Aydınlıq” şadlıq evi və digər dövlət əmlakları daxildir. Kiçik dövlət müəssisə və obyektlərindən 11-i Bakıda, 20-si isə bölgələrdə yerləşir.

Özəlləşdirməyə çıxarılmış qeyri-yaşayış sahələrinin isə 21-i Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Ümumi faydalı sahəsi 14.7 kv.m ilə 179.1 kv.m aralığında dəyişən belə qeyri-yaşayış sahələrinin 17-si bina zirzəmisi, 6-sı binanın bir hissəsi, 1-i ayrı tikili formasındadır.

2008-ci və 2009-cu illərdə istehsal olunmuş, ilkin qiyməti 8500-12973 manat intervalında olan nəqliyyat vasitələri də hərraca çıxarılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol