Yusifzadə açıqladı: 258 milyon ton mənfəət nefti…

Azərbaycan indiyədək Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından 258 milyon ton mənfəət nefti əldə edib.
Axar.az xəbər verir ki, bu barədə Bakıda keçirilən XXV "Caspian Oil and Gas” konfransında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
"Artıq 19 ildir ki, "Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. İşlənmənin əvvəlindən 2018-ci il mayın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 258 milyon ton mənfəət nefti satılıb. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 60 faizini təşkil edir", - deyə SOCAR-ın rəsmisi bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 





















