• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Göyçay sakinlərini kəsintisiz rabitə ilə təmin etdi

“Nar” Göyçay sakinlərini kəsintisiz rabitə ilə təmin etdi
04.06.2018 23:55
Baş vermiş güclü sel ilə əlaqədər olaraq "Nar” Göyçay sakinlərinə pulsuz olaraq öz yaxınları ilə ünsiyyət qurmaları məqsədi ilə 100 ölkədaxili danışıq dəqiqələri təqdim edib. Bundan əlavə, "Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilmiş və hazırda Göyçay sakinləri kəsintisiz mobil rabitə və internet xidmətləri ilə təmin edilib.

Göyçayda mövcud olan "Nar” şəbəkəsi, rayonda baş vermiş təbii fəlakət nəticəsində ərazi üzrə xidmət göstərən mobil rabitə xəttinə qismən ziyan dəyməsinə baxmayaraq atılmış çevik addımlar nəticəsində bölgə üzrə kəsintisiz rabitə xidməti təmin edilib. Hazırda "Nar” şəbəkəsi gücləndirilmiş iş rejimində çalışır və yerli sakinləri stabil mobil rabitə xidməti ilə təmin edir

Qeyd edək ki, Göyçay çayına gəlmiş sel elektrik və rabitə dirəklərini aşırıb, naqilləri, o cümlədən internet kabelini qırıb, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb. Sel nəticəsində avtomobil yolları və körpülər ziyan çəkmiş və rayon mərkəzilə nəqliyyat əlaqəsi kəsilib.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda "Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. "P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi "ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol