• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq Naxçıvana onlayn aviabilet almaq mümkündür

Artıq Naxçıvana onlayn aviabilet almaq mümkündür
05.06.2018 16:40
Bu gündən etibarən "Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində 2018-ci il 20 iyun tarixindən uçan reyslərə aviabiletləri onlayn əldə etmək mümkündür. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, bu istiqamətdə aviabiletin alınması üçün əvvəllər aviaşirkətinin rəsmi kassalarında sərnişinin şəxsiyyət vəsiqəsinin əsli və ya pasportu təqdim olunmalı idi. İdarələrarası razılaşmalara əsasən, bu məsələ artıq öz uğurlu həllini tapıb.

Xatırladaq ki, respublika daxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletin qiyməti Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün 50 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

www.azal.az saytında həmin istiqamətə aviabiletin alınması prosesində sərnişinin vətəndaşlığını qeyd etməsi üçün əlavə xana əks olunacaq.

Aviabiletlər yalnız ekonom sinif tarifi üzrə təqdim olunur. Aviabiletin qiymətinə 23 kq-dək baqajın və 10 kq-dək əl yükünün (55х40х23 sm-dək ölçülərdə) pulsuz daşınması daxildir. Bu qaydalar həm onlayn, həm də aviakassalarda alınan aviabiletlərə şamil olunur.

Nazirlər Kabinetinin qərarına əsasən müvafiq endirimlərin şamil olunduğu və əlavə təsdiqləyici sənədlərin təqdim edilməsi tələb olunan xüsusi kateqoriyalı sərnişinlər üçün aviabiletlər yalnız aviaşirkətin rəsmi kassalarında, həmçinin Bakı və Naxçıvan hava limanlarında rəsmiləşdirilir. 

Qeyd edək ki, Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində aviabiletləri uçuşa ən azı 48 saat qalmış onlayn almaq olar.

Həmçinin, aviaşirkətin qaydalarına əsasən, aviabilet üçün ödəniş ediliyi plastik kartın sahibi müstəqil şəkildə və ya qrupun tərkibində səyahət etdiyi təqdirdə aviabiletləri onlayn əldə etmək mümkündür. Kartın həqiqiliyi və onun sərnişinin pasportuna uyğunluğu hava limanında qeydiyyat agentləri tərəfindən mütləq qaydada yoxlanılacaq. 

Bakı və Naxçıvan arasında reyslər gündə bir neçə dəfə (yüklənmə və mövsümdən asılı olaraq) həyata keçirilir. Aviaşirkətin saytındakı "Məlumat” bölməsində uçuş cədvəl ilə ətraflı tanış olmaq olar.

Bakıdan uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun ikinci terminalının cənub qanadından həyata keçirilir, Naxçıvandan uçuşlar isə Naxçıvan Beynəlxalq Aeroportunun hər iki terminalından həyata keçirilir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol