• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda zəlzələ 8 bal olub? – Rəsmi

Azərbaycanda zəlzələ 8 bal olub? – Rəsmi
06.06.2018 11:02
Azərbaycanda zəlzələnin 8 bala yaxın olması barədə Ermənistan və Gürcüstan mediasında yayılan məlumatlar əsassızdır.

Bu sözləri Axar.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı söyləyib. O bildirib ki, Zaqataladakı zəlzələnin nəticələrinə baxmaqla da onun 8 bala qədər olmadığını təxmin etmək mümkündür.

O, həmçinin vurğulayıb ki, Azərbaycanın tədqiqat üsulları kifayət qədər müasirdir:

"AMEA RSXM Avropa Seysmoloji Komissiyasının assosiativ üzvüdür. Komitəyə bu regiondan yeganə üzv Qurban Yetirmişlidir. Ən üstün texnologiya və mütəxəssislər regionda bizdədir. Zəlzələ haqqında olan dəqiq məlumatları da ictimaiyyətə açıqlamışıq”.

V.Rafiqqızının sözlərinə görə, hazırda tədqiqat davam etdiyi üçün rayonlarda baş verən zəlzələnin gücü konkretləşməyib:

"Zəlzələ episentrdə 6 bala yaxın hiss edilib. Zəlzələnin gücü zəlzələ dalğasının yayılma radiuslarından asılıdır. Dalğa getdikcə zəiflədiyinə görə ətraf rayonlarda zəlzələnin təsiri azalıb. Zaqataladan sonra ən güclü zəlzələ Şəkidə qeydə alınıb.

Hazırda məlumatlar emal edilir və dəqiq rəqəmlər hazırlanır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol