• $
  • €
  • ₽
  • ₺
  • £

Çimərliklərdə dəniz suyunun monitorinqi aparılır

Çimərliklərdə dəniz suyunun monitorinqi aparılır
06.06.2018 17:00
Çimərliklərdə dəniz suyundan götürülən nümunələrin ilkin nəticələri bir neçə gündən sonra məlum olacaq.

Bunu anews.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, mayın 21-dən çimərliklərdə dəniz suyunun monitorinqləri aparılır:

"Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilir. Bir neçə gündən sonra hansı çimərliklərin istifadəyə yararlı olub-olmaması bilinəcək.

Dəniz suyundan nümunlərin götürülməsi oktyabrın 1-dək hər 15 gündən bir aparılacaq”.

Ziyəddin Kazımov qeyd edib ki, dəniz suyunun monitorinqləri Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə paytaxt ərazisində fəaliyyət göstərəcək 7 rayonun inzibati ərazisində yerləşən çimərliklərini, Abşeron, Azərbaycanın şimal və cənubunu əhatə edir. 

Qeyd edək ki, hər il Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilir.

Ötən il aparılmış müayinələrin nəticələrinə görə, "Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol