Bakıda yeni metro stansiya açılır

"Bakı Metopoliteni” Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşəyi xətt” üzrə tikilməkdə olan "B 3” şərti adlı stansiyada tikinti işləri sürətləndirilib.
Anews.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov "Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Hidayət Məmmədov bildirib ki, artıq stansiyada müasir avadanlıqların quraşdırılmasına başlanılıb:
"Stansiyanın 2019-cu ilin sonu, 2020-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 





















