• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq
23.06.2018 19:00
Azərbaycanda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq. 

Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

A.Abasov yeni gömrük buraxılış məntəqəsinin Rusiya ilə sərhəddə tikiləcəyini qeyd edib: 

"Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid "Xanoba” gömrük-keçid məntəqəsi olacaq. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq”.

A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.​

Bundan əlavə Azərbaycan-Gürcüstan sərhəddində yeni sərhəd keçid məntəqəsi tikiləcək. A. Abas­ov deyib ki, tikiləcək yeni sərhəd keçid məntəqəsi Ağstafanın Sadıxlı kənd ərazisində olacaq:

"İnşa ediləcək yeni məntəqə bütün xidmətləri əhatə edəcək. Oradan həm piyada, həm minik, həm də yük avtomobillər üçün keçid olacaq.

Bu məntəqənin tikilməsi gələcəkdə Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü” sərhəd keçid məntəqəsində yaranan sıxlığı 40 faiz aradan qaldıracaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol