Bəzi rayonlarda sürüşmə təhlükəsi aşkarlanıb

Azərbaycan ərazisində yeni sürüşmə sahələri yaranıb.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bəzi rayonlarda sürüşmə aktivliyi qeydə alınıb:
"İyunda atmosfer yağıntılarının təsirindən Şabranda Qazbabalı kəndində və Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib. Həmin sahəyə yaxın ərazilərdə yeni lokal sürüşmə sahələri yaranıb. Aktivlik hazırda da davam edir. Eyni zamanda, Xızı-Altıağac avtomobil yolunda da sürüşmə sahəsi aktivləşib. Yolun sol və sağ çiynində çökmə-oturma prosesləri aşkarlanıb”.
Əziz Qaralov qeyd edib ki, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib.
Lokal sahələrdə uçqun qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 





















