• $
  • €
  • ₽
  • ₺
  • £

Ucuzlaşan lirə Azərbaycana necə təsir edə bilər?

Ucuzlaşan lirə Azərbaycana necə təsir edə bilər?
13.07.2018 20:41
İqtisadi baxımdan türk lirəsinin ucuzlaşması Azərbaycanın iqtisadi maraqlarına uyğun gəlmir. Amma lirənin ucuzlaşması Azərbaycanın iqtisadi sistemi üçün ciddi problemlər də yaratmır.

Bu sözləri Axar.az-a açıqlamasında türk lirəsinin kəskin ucuzlaşmasının Azərbaycana təsirini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, Türkiyə Azərbaycan üçün vacib ticarət tərəfdaşıdır:

"Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə məhz Türkiyədir. Amma bununla belə, lirənin ucuzlaşmasının Türkiyənin ixracatına ciddi təsir edəcəyi gözlənilmir. Lirənin ucuzlaşması birbaşa bizim ixracatımızın azalmasına gətirib çıxarmayacaq”.

V.Bayramov vurğulayıb ki, bəzi hallarda Türkiyədən olan idxalın ucuzlaşacağını proqnozlaşdırırlar:

"Güman edirəm ki, indiki məqamda Türkiyədən gətirilən məhsulların qiymətində ucuzlaşma qeydə alınmayacaq. Çünki Türkiyədə lirənin dəyər itirməsi ilə bərabər həm də inflyasiya müşahidə edilir. Faktiki olaraq, son dövrlər Türkiyədə inflyasiya səviyyəsi yüksək olduğuna görə, Türkiyə ixracatının, eyni zamanda bizim üçün Türkiyə idxalının ucuzlaşmasına səbəb olmayacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, əslində türk lirəsinin dəyərdən düşməsi məntiqlə Azərbaycana gətirilən türk mallarının ucuzlaşmasına səbəb olmalıdır:

"Türkiyədə baş verən hadisələrin Azərbaycana müəyyən təsirləri olur. Lirə ucuzlaşdıqca Türkiyədən gələn məhsulların Azərbaycan bazarında ucuzlaşmasını görməliyik. Amma bu o demək deyil ki, bu baş verəcək. Çünki Türkiyədəki proseslərin nə qədər çəkəcəyi hələ sual altındadır”.

Ekspert qeyd edib ki, baş verən proseslərin Azərbaycan üçün əks-effekti də ola bilər:

"Türk lirəsinin ucuzlaşması Azərbaycandan ixrac olunan məhsulların azalmasına səbəb ola bilər. Çünki lirəsinin ucuzlaşması Azərbaycan məhsullarının türk bazarında rəqabətini aşağı salır. Yəni Azərbaycanı daha ucuz məhsul satmağa məcbur edir. Bu anlamda hələlik müvəqqəti təsirləri qiymətlərin dəyişməsi yolunda ola bilər. Amma Türkiyədə bu proses davamlı şəkildə getsə, bunun bütün regionda, o cümlədən də Azərbaycanda orta və uzun vədəli təsirləri də qaçılmazdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol