• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda pasportun keyfiyyəti onun qiymətinə uyğun deyil" - Ekspert

"Azərbaycanda pasportun keyfiyyəti onun qiymətinə uyğun deyil" - Ekspert
27.07.2018 16:46
Ümumvətəndaşlıq pasportu (sadə insanlar bu sənədə "xarici pasport" deyir) hər bir ölkənin qeyri-rəsmi rəmzlərindən biridir. İstənilən ölkəyə səfər edən zaman ilk olaraq vətəndaşları ümumvətəndaşlıq pasportu ilə qarşılayırlar. Bəs Azərbaycandakı bu pasportların keyfiyyəti hansı səviyyədədir?


Hüquqşünas Ələsgər Məmmədli mövzu ilə bağlı "Report”a açıqlamasında bildirib ki, Azərbaycan vətəndaşlarına verilən ümumvətəndaşlıq pasportlarının məlumat bazasının sürətli oxunmasında və səhifələrində hər hansı problem olmasa da, pasportların dayanıqlığında ciddi problemlər var: "Nəticə etibarı ilə, hər bir vətəndaş müəyyən qədər rüsum ödəməklə ümumvətəndaşlıq pasportunu əldə edir. Bu pasportlar pulsuz paylanılmır ki?! Buna görə də düşünürəm ki, əgər vətəndaşdan rüsüm alınırsa pasport da keyfiyyətli hazırlanmalıdır. Yəni, məsələyə gəlir əldə etmək kimi baxmaq lazım deyil”.


Ekspert vurğulayıb ki, Azərbaycanda pasportun keyfiyyəti onun qiymətinə mütənasib deyil: "Məsələn, kimsə ümumvətəndaşlıq pasportunu qısa müddət - 3 gün, 5 gün və ya 7 gün ərzində almaq istəyirsə, daha artıq rüsum ödəməklə xarici pasportunu əldə edir. Bu rüsumların qarşılığında isə ümumvətəndaşlıq pasportları hazırlanarkən keyfiyyətli, dayanıqlı kağız və boyalardan istifadə olunmalıdır. Biz hər hansı xarici ölkədə olarkən pasportumuzu təqdim edəndə bu bizi utandırmamalıdır”.

Ə.Məmmədli eyni zamanda vətəndaşların da üzərinə məsuliyyət düşdüyünü, pasportun necə daşınmasının və hansı şəraidə saxnılmasının mühüm olduğunu qeyd edib.

Peşə fəaliyyəti ilə bağlı tez-tez səfərdə olan jurnalist Azər Həsrət də "Report"a açıqlamasında ümumvətəndaşlıq pasportunun keyfiyyətindən şikayətlənib. O hazırda istifadə etdiyi pasportu 1,5 il bundan əvvəl aldığını bildirib: "Səfərlərim az olmur. Hazırda da İstanbuldayam. Pasportumu il yarım öncə almışam, yəni yenidir. Artıq üzərindəki gerb pozulur”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov "Report”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan vətəndaşlarının hazırda istifadə etdikləri pasportlar dünya standartlarına tam uyğundur.


Onun sözlərinə görə, həmin pasportlar xarici dövlətdə istehsal olunur, təhlükəsizlik, dizayn, paspotun hazırlanmasında istifadə olunan materiallar hazırda bu sahədə mövcud olan bütün beynəlxalq tələb və standartlara uyğundur.
 


O vurğulayıb ki, pasportun rəngi dəyişirsə və ya vərəqləri əzilirsə, bunun səbəbkarı məhz onun sahibidir, bəzi halda vətəndaş öz şəxsiyyətini təsdiq edən mühüm dövlət sənədi ilə səliqəli davranmır və nəticədə sənədin rəngi də solur, üz qabığı da əzilir.


N.Cavadov eyni zamanda vətəndaşlara paspotları ilə məsuliyyətli və səliqəli davranmağı tövsiyə edib: "Belə olan halda pasportlarınız parlaq və şax qalacaq ki, bu da həm sizin əlavə xərcə düşməyinizin qarşısını alacaq, həm də ətrafınızdakıların sizə olan rəğbətini daha da artıracaq”.


Qeyd edək ki, ümumvətəndaşlıq pasportlarının görünüşündən başqa digər əhəmiyyətli məsələ onun "gücü” ilə bağlıdır ki, bu reytinq vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir. Bu reytinqə görə, Azərbaycan pasportu dünyada "gücünə" görə 74-cü yeri tutur. Azərbaycan bu siyahıda qonşuları Ermənistan (78-ci yer) və İranı (95-ci yer) qabaqlayıb, reytinqdə Gürcüstan 68-ci, Türkiyə 52-ci, Rusiya 51-ci olub. Son illər Azərbaycanın xarici siyasətində həyata keçirdiyi addımlar növbəti illərdə bu reytinqdə daha da irəliləyəcəyimizi deməyə əsas verir. Ümid edək ki, vətəndaşlara verilən ümumvətəndaşlıq pasportları keyfiyyətində də dünya ölkələri reytinqində aparıcı mövqelərdə qərarlaşacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol