• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmovdan nəqliyatdakı bahalaşmaya reaksiya

Elman Rüstəmovdan nəqliyatdakı bahalaşmaya reaksiya
01.08.2018 11:57
Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib:

"Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüsəldici təsiri var. Lakin düşünmürük ki, bütövlükdə inflyasiyanın hədəf dəhlizindən (6-8%) kənarlaşdıra bilər. Düşünürük ki, qiymət artımının inflyasiyaya təsiri çox minimal olacaq".

O qeyd edib ki, inflyasiyanın əsas amili məzənnə sabitliyi idi:

"Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasiyanın idarə olunmasında mühüm ro oynayıb".

O bildirib ki, uçot dərəcəsinin yumşalması inflyasiyadan qaynaqlanmaqla monetar şəraitin yumşalması, kredit aktivliyinin bərpasına yönəlib. 

"Onun siqnal effekti yüksəkdir. Siqnal effekti maliyyə sektoru üçün ondan ibarətdir ki, əmanət, kredit faizlərinin formalaşmasına təsir edir. Monetar şəraitin yumşaldılması makroiqtisadi sabitliyin formalaşmasında mühüm rol oynayır",- E. Rüstəmov əlavə edib/Report.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol