• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsul Azərbaycana sabit gəlir gətirəcək

Bu məhsul Azərbaycana sabit gəlir gətirəcək
05.08.2018 22:15

"Bu ilin sonunadək Azərbaycanda 200 min ton xurma istehsal etmək planlaşdırılır. Bu, ötənilki göstəricini bir qədər üstələyəcək”.
"Qafqazinfo” xəbər verir ki, bunu "Trend”ə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Qədir Yusifov bildirib.
 
Q.Yusifovun sözlərinə görə, ötən il xurma ixracı dövlət büdcəsinə 100 milyon dollar gəlir gətirib:
 
"Bu, kifayət qədər yaxşı nəticədir. İlin yekunlarına əsasən bu məbləğin sabit qalacağı gözlənilir. Bu, əsasən onunla əlaqədardırdır ki, məhsulun 90 faizə yaxını ölkə xaricinə, o cümlədən Rusiya, Belarus, Moldova, Baltikyanı ölkələr, Ukrayna və Qazaxıstana ixrac olunur. Eyni zamanda daxili bazarda xurmanın 10 faizi reallaşdırılır ki, bu da əhalinin tələbatını tam təmin edir. Bütövlükdə ötən il qeyd olunan ölkələrə xurma ixracı 180 min tonu keçməyib”.
 
Assosiasiya sədri əlavə edib ki, Azərbaycanda xurma əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir:
 
"Məhz bu regionlarda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb, həmçinin dondurulmuş xurma istehsalı da təşkil olunmaqdadır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol