• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan bankların əmlakları satışda

Bağlanan bankların əmlakları satışda
08.08.2018 23:19
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard” KB, "Texnikabank” ASC, "Atrabank” ASC, "Kredobank” ASC, "Bank of Azərbaycan” ASC, "Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 29 lot üzrə satışa çıxarıb.

Oxu.Az xəbər verir ki, 20 lot üzrə əmlak birinci dəfə, doqquz lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

Qeyd edək ki, hərrac 3 sentyabr 2018-ci il tarixində keçiriləcək. Hərraca səkkiz ədəd bankomat, iki ədəd generator, doqquz ədəd inkasator maşını, Bakıda bir ədəd qeyri-yaşayış sahəsi, bir ədəd minik avtomobili, altı lot üzrə kompüter və rabitə avadanlığı, bir lot üzrə mebel və texniki avadanlıq, bir lot üzrə 60 ədəd POS-terminal təqdim edilib.

Fonddan bildirilir ki, Əmanətlərin Sığortalanması Fondunun Xammal və Əmtəə Birjası vasitəsilə keçirilən hərraclarda ləğv prosesində olan QSC "Bank Standard” KB, "Texnikabank” ASC, "Bank of Azerbaijan” ASC, "Zaminbank” ASC, "Dekabank” ASC və "Royalbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı satılıb.

Sadalanan ləğv prosesində olan banklara məxsus 17 avtomobil, beş ədəd bankomat, pul sayan və pul presləyən avadanlıqlar, dörd lot üzrə 340 ədəd mebel və texniki avadanlıq, generator, Bakıda fərdi ev, Qubada qeyri-yaşayış sahəsi və İsmayıllı rayonunda torpaq sahəsi satılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol