• $
  • €
  • ₽
  • ₺
  • £

Enerji sərfiyyatının artmasının səbəbi açıqlandı

Enerji sərfiyyatının artmasının səbəbi açıqlandı
11.08.2018 12:05
Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Azərişıq" ASC-nin enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli iyul ayında abonentlərin aylıq elektrik enerjisi sərfiyyatına aid mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məişət avadanlıqlarının hər biri eyni tempdə çalışmadığı üçün sərfiyyat göstəriciləri də fərqlidir:

"İsti hava şəraiti ilə əlaqədar olaraq saatlarla kondisioner və digər avadanlıqların çalışması enerji sərfiyyatını artırıb. Abonentləri əmin edirik ki, sayğacın göstəricilərinə sistemdən müdaxilə etmək qeyri-mümkündür.

Bir kondisionerin gün ərzində 10 saat işləməsi abonentə bir ay ərzində 70 manata başa gəlir. 40 dərəcədən yuxarı temperaturda avadanlıqların yük götürmə qabiliyyəti 1,5 dəfə artır. Həmin avadanlıqların üzərində temperatur intervalı var.

Orada qeyd olunur ki, məsələn, 25-30 dərəcədə bu avadanlıq bir saat ərzində 2,5 kilovatt enerji istehlak edir, havanın temperaturu 40 dərəcə olduqda hər saata 3,5 kilovatt enerji istehlak edə bilər”.

Vüqar Nəbibəyli qeyd edib ki, avadanlıqların özlərini soyutmasına və ya işə düşməsinə də əlavə enerji sərf edilir. 300 kilovattı 7 qəpikdən, digər sərfiyyatı isə 11 qəpikdən hesablamaqla, aylıq sərfiyyatı müqayisə etmək olar.

Bazada olan məlumata müdaxilə olunarsa, abonent yazılı şəkildə müraciət etmək mümkündür və şəbəkə mütəxəssisi məsələyə aydınlıq gətirəcək.

Nazirlər Kabinentinin qərarı ilə 10 iş günü ərzində şikayətə baxılır, lakin mütəxəssislərimiz maksimum 3-4 gün ərzində abonentlərin problemlərini həll edirlər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol