• $
  • €
  • ₽
  • ₺
  • £

“Ölkədə evsizlər ordusunun sayı getdikcə artır” – Ekspert

“Ölkədə evsizlər ordusunun sayı getdikcə artır” – Ekspert
12.11.2014 18:37
“Azərbaycan vətəndaşının ən çox əziyyət çəkdiyi məsələlərdən biri də mənzil təminatıdır. Hazırda yüz minlərlə insan faktiki olaraq evsiz qalıb”. Bunu iqtisadçı Samir Əliyev AzNews.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, kirayədə qalan vətəndaşlar hər ay gəlirlərinin 30-70%-ni kirayəyə yönəltmək məcburiyyətində qalırlar. “Elə ailələr var ki, qazancları kirayə haqlarını ödəməyə belə çatmır. Hər il 80 minə qədər yeni ailə qurulur ki, bunların ən azı yarısının evə ehtiyacı olur. Bu isə təxminən 30-40 min evsiz deməkdir. Dövlətin ipoteka proqramı isə bu tələbatın 8-10%-ni ödəyə bilir. Ölkədə evsizlər ordusunun sayı getdikcə artır. İpoteka şərtlərinin ağırlığı bu proqramdan məhdud sayda vətəndaşın yaranmasına imkan verir. İpoteka kreditləşməsində əsas problem ilkin ödənişin olmasıdır. Adi ipotekada ilkin ödənişin həcmi 20%, güzəştli ipotekada isə 15%-dir. Bu vəsait xeyli insanı proqramdan kənarda qoyur”, - deyə Samir Əliyev vurğulayıb.İqdisadçı bildirib ki, hökumət əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün mövcud mexanizmləri təkmilləşdirməklə yanaşı dünyada tətbiq edilən yeni mexanizmləri də işə salmalıdır. “Qısaca olaraq ipoteka kreditləşməsində ilkin ödənişin aradan qaldırılması üçün İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilməlidir. Belə Fondun yaradılması ilə bağlı ölkə prezidentinin 2007-ci il tarixli Fərmanı var. “Tikinti əmanət bankları haqqında” qanunu ölkədə alman modeli olan tikinti-əmanət banklarının yaradılmasını təmin edə bilər. Əhalinin mənzil təminatını yaxşılaşdırmaq və onların ucuz evlərə çıxışını asanlaşdırmaq üçün “Hamı üçün ev” xüsusi dövlət proqramının (2016-2020-ci illər) qəbul edilməlidir. Mövcud mənzil qanunvericiliyi sosial evlərin tikintisini nəzərdə tutsa da, təcrübədə həllini tapmır. Bələdiyyələrin maliyyə vəziyyəti imkan vermir. Deməli, ümid dövlətə qalıb. Bunun üçün dövlət büdcəsində vəsait ayrılmaqla bu problemi həll etmək olar”, - deyə Samir Əliyev əlavə edib. Qeyd edək ki, Azərbaycandan fərqli olaraq mənzil problemi qardaş Qazaxıstanda artıq həll olunmaq üzrədir. Belə ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünən “Nurlu yol” adlı yeni iqtisadi siyasəti elan edib. Yeni proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə iri pullar yönəldiləcək. Kiçik və orta sahibkarlığın güzəştli şərtlərlə kreditləşməsinə 552 milyon dollar (100 milyard tenqe), bank sektorunun sağlamlaşdırılmasına 1,38 milyard dollar (250 milyard tenqe), yeni investisiyaların cəlbinə 443 milyon dollar (81 milyard tenqe) və s. ayrılacaq. Proqramda əsas diqqəti cəlb edən sahələrdən biri də yaşayış fondunun gücləndirilməsinə ayrılan vəsaitdir. Belə ki, proqram çərçivəsində dövlət sosial evlər tikərək əhalinin uzun müddətli kirayəsinə verəcək. Kirayəçiyə həmin evi almaq hüququ ilə veriləcək. Yəni vətəndaş əlavə pul ödəməklə həmin evi sonda ala biləcək. Bundan başqa ipoteka kreditlərində ilkin ödəniş ləğv ediləcək, kreditin faiz dərəcəsi çox aşağı olacaq. Bunun üçün 2015-2016-cı illərdə sosial kirayə evlərinin tikintisinə 1 milyard dollara qədər (180 milyard tenqe) vəsait ayrılacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol