• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün bir neçə rayonda qaz olmayacaq

Bu gün bir neçə rayonda qaz olmayacaq
16.08.2018 09:57
Bu gün Bakı şəhərinin Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, avtomobil yolunun tikintisi sahəsinə düşən yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 294 metr hissəsinin və diametri 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 125 metr hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə bağlı texniki səbəblərdən qaz təchizatının dayandırılmasının 14.08.2018-ci il tarixindən 16.08.2018-ci il tarixinə keçirilməsi zəruriyyəti ilə əlaqədar, bu gün saat 10:00-dan təmir işləri tamamlananadək qaz məhdudiyyəti olacaq.

Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bununla yanaşı, bu gün saat 10:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məhdudiyyət istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş tədbirlər planına əsasən istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədardır.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol