• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır? - AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır? - AÇIQLAMA
20.08.2018 11:41
Fazil Mustafa: "Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı fikirlər səsləndirilirdi"

Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunanadək mer vəzifəsinin səlahiyyətilərini müavin Fidumə Hüseynova icra edir.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Bakı merinin hələ də təyin edilməməsi Bakı Şəhəri İcra Hakimiyyətinin ləğv edilə biləcəyi ehtimalını sualını doğurur.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bir ara Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı fikirlər səsləndirilirdi: "Amma bu gün real görünmür. Çünki Bakı təsərrüfatı başsız buraxılsa özbaşınalıq yaranar. Yəqin ki, bu 2019-ci il bələdiyyə seçkiləri zamanı müəyyənləşəcək. Bakı Böyük Şəhər Bələdiyyəsinin də seçilməsi nəzəardə tutulacaq. Çünki bələdiyyə strukturu olmasa Bakı şəhərinin planlı inkişafı və vətandaşlara xidmət səviyyəsi yüksəlməyəcək. Amma bu hələ real görünmür. Yəqin ki, bundan sonrakı mərhələdə təyinat olacaq. Hər halda Bakı Şəhər İcra Hakimiyyətinə başçının təyin edilməsi səlahiyyəti cənab prezidentimizə məxsusdur. Zamanı gələndə cənab prezidentimiz layiq olanı bu vəzifəyə təyin edəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol