• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar Azərbaycanda da bahalaşacaqmı?

Dollar Azərbaycanda da bahalaşacaqmı?
20.08.2018 16:07
"Dünyada maliyyə bazarlarında dolların bahalaşması, xüsusən də Rusiya və Türkiyə valyutasının ucuzlaşmasının yaratdığı psixoloji təsirlər valyuta bazarında son həftələr gərginlik dolu canlama yaradıb. Bu canlanmanın aktiv iştirakçıları bir tərəfdən dollar alışına girişmiş əhalidirsə, digər tərəfdən banklardır”.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Samir Əliyev "Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, bankların aktivliyinin atması onların Mərkəzi Bankın hərraclarına maraqlarını azaldıb.


"Təsadüfi deyil ki, avqust ayı başlayandan həm depozit, həm də fond birjasında keçirilən hərraclarda bankların tələbi əhəmiyyətli dərəcədə azalıb. Depozit hərracında bankların tələbi avqustda 40%-ə qədər azalıb. Avqustun 6-da keçirilmiş hərracda tələb 943,9 milyon AZN olduğu halda, növbəti hərracda 746,6 milyon AZN-ə, bu gün keçirilmiş sonuncu hərracda isə 569,3 milyon AZN-ə düşüb. Bununla da bankların hərracda tələbi son 6 ayın ən aşağı hədində olub”, - deyə mütəxəssis vurğulayıb.

S.Əliyev deyir ki, Mərkəzi Bankın Bakı Fond Birjasında yerləşdirdiyi qısamüddətli (28 gün) notlarına da tələb azalıb:

"Hətta notların orta faiz dərəcəsinin 8,01%-dən 8,48%-ə qaldırılması da bankların marağını artıra bilməyib. Avqustun 15-də keçirilən sonuncu hərracda tələb 2 dəfəyədək azalaraq son 6 ayda ən aşağı həddə - 383,6 milyon AZN-ə düşüb. Halbuki əvvəlki hərracda bu göstərici 704,7 milyon AZN olub.

Mərkəzi Bank hər iki hərrac vasitəsilə 1,5 milyard AZN-dən çox vəsaiti dövriyyədə müvəqqəti çıxarmağa müvəffəq olur ki, bu da valyuta bazarına olan təzyiqləri nisbətən azaldır. Ancaq son hərraclar göstərir ki, hazırki hərraclar valyuta bazarını daim və uzunmüddətli sabit saxlamağa qadir deyil.

Bu sabitlik kövrəkdir. Çünki istənilən psixoloji amillər, o cümlədən tam həllini tapmayan kapital axını bu hərracları bankalar üçün maraqsız edə bilər.

Üstəgəl kredit vermək çətinliyi ucbatından son aylar banklarda yaranmış yüksək likvidlik onlar üçün valyuta bazarının cazibəliyini getdikcə artırır.

Belə vəziyyətdə xarici bazarlarda və ölkərdə baş vermiş hadisələrin yaratdığı psixoloji amillər və manatın hər hansı məzənnə dəyişikliyi bazarda gərginliyi yenidən bərpa edə bilər”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol