• $
  • €
  • ₽
  • ₺
  • £

Küçələri texnika təmizləyəcək: Bəs süpürgəçilər?

Küçələri texnika təmizləyəcək: Bəs süpürgəçilər?
21.08.2018 13:09
Xəbər verildiyi kimi, magistral yolarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. 

Bu, Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şirkətinin istehsalı olan 10-a yaxın texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib.

Prosesin avtomatlaşdırılması süpürgəçilərin təhlükəsizliyi baxımından müsbət olsa da, əl əməyinin sıradan çıxması deməkdir. Bu sahədə işləyənlərin taleyinin necə olacağını öyrənmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumun tikinti üzrə şöbə müdiri Mehman Abbasov Oxu.Az-ın müvafiq sualına cavabında bildirdi ki, istənilən halda iş prosesində əl əməyi qalacaq:

"Texnikalar, əsasən, küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə fəaliyyət göstərəcək. Digər ərazilərdə təmizlik işlərinin aparılmasında insan əməyindən istifadə ediləcək. Əl əməyi istənilən halda lazımdır, texnika hər yerdə cəlb oluna bilmir”. 

Qeyd edək ki, "küçə təmizləyən” texnikaların gücü qiymətindən asılı olaraq dəyişir. Nəzərə alsaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Almaniyanın MAN şırkətinin texnikalarını alıb. Bir texnikanın 1000 süpürgəçi əməyini əvəzləməyə qadir olduğu irəli sürülür. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol