• $
  • €
  • ₽
  • ₺
  • £

Qurbanlıq vətəndaşa neçəyə başa gəlir? - FOTO

Qurbanlıq vətəndaşa neçəyə başa gəlir? - FOTO
22.08.2018 14:33
Bu gün Azərbaycanda islam aləminin ən böyük bayramlarından olan Qurban bayramı keçirilir. 
 
Qeyd edək ki, mərasim hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Bayramda niyyəti olanlar adəti üzrə qoyun, qoç, inək, dana və ya dəvə kəsərək qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayırlar. 
 
Bəs bu Bayram qurbanlıqlar vətəndaşa neçəyə başa gəlir? 
 
İlk olaraq  Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən yarmarkalarda qiymətlərlə maraqlandıq. 
 
Yasamal rayonu Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının həyətində keçirilən yarmarkada satıcılarla söhbət zamanı öyrəndik ki, qiymətlər 150 manatdan başlayır 300 manata qədər yüksəlir: 
 
"Qiymətlər heyvanın çəkisindən asılıdır. Heyvanın diri çəkidə kilosu 5.5 – 6 manat təşkil edir”. 
O da məlum oldu ki, bu il qurbanlıqlar daha iridi. Bu səbəbdən də alıcılar qiymətlərin baha olduğunu düşünürlər: 
 
"Alıcı azdır. Alanlar ya az çəkidə heyvan alır, ya da heyvanı kəsdirib alırlar. İkinci halda heyvanın ətinin kilosu 11-12 manatdan başa gəlir”.
 
Nəzərə çatdıraq ki, qurbanlıqlar təkcə yarmarkalarda deyil, bəzi ərazilərdə yol kənarlarında da satılır. Bu bazarlarda heyvanın diri çəkidə kilosu 10 manat təşkil edir. Satıcıların sözlərinə görə, heyvanları əsasən Aran rayonlarından və Gürcüstandan gətiriblər:
 
"Heyvanlar tam sağlamdır. Qiymətlər də ötən ilkindən fərqlənmir. Könül rahatlığı ilə alıb apara bilərsiniz”. 
 
Ətrafda dayanıb heyvanların kəsimini gözləyən alıcılarla da söhbətləşdik. Onlar əksinə, qurbanlıqların baha olmasından şikayətlənərək, ötən il qiymətlərin daha ucuz olduğunu dedilər: 
 
"Diri çəkidə heyvan almaq sərf etmir. Ötən il 95 manata da heyvan almaq mümkün idi. Bu il amma qiymətlər 160 manatdan başlayır”.
 
Göründüyü kimi, Qurban kəsərək Allahın könlünü almaq bu il  elə də ucuz başa gəlməyəcək. Bəs, bankdan kredit  götürərək və ya kredit kartı ilə ödəniş edərək qurbanlıq heyvan almaq olarmı? 
 
Satıcılar kreditlə qurban satmadıqlarını söylədilər. 
 
Müraciət etdiyimiz din xadimləri də qurban kəsmək üçün kredit almağa ehtiyac olmadığını dedilər. Onların sözlərinə görə, borcla qurban kəsilməsi günah hesab edilir. 
 
Qurban kəsmək Həcc ziyarətində olanlar üçün vacibdir. Çünki ziyarətin ayinləri arasında yer alır. Əks halda Qurban bayramında qurban kəsmək zəruri deyil.
 






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol