Növbəti günlərdə hava necə olacaq?

Növbəti günlərdə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək.
Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, yaxın iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Lakin avqust ayının 25-də dağlıq ərazilərdə gecə və səhər saatlarında qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək".
G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-33, bölgələrdə 31-36, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 





















