• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil cihazların yeni qeydiyyat rüsumu - Qaydalar

Mobil cihazların yeni qeydiyyat rüsumu - Qaydalar
24.08.2018 14:49
Mobil cihazların yeni qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə veriIib.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) İnterpress.az-a bildirilib ki, Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli Qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun yeni məbləğləri formalaşdırılıb. Yeni tariflər rəsmi qaydada ölkəyə idxal edilən topdansatışı reallaşdırılan cihazlara şamil olunmur. Bu qərarla mobil cihazların qeydiyyatı reqlamenti təkmilləşdirilib. Belə ki, daha əvvəl vətəndaş iki SİM-kartlı cihazlar üçün hər IMEI koda görə ödəniş edirdisə, bundan sonra iki IMEI kod qeydiyyata alınsa da, birinə görə ödəniş olunacaq.

Bundan başqa, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilməlidir. Mobil cihazların bazar qiymətlərinə uyğun qeydiyyat rüsumunu müəyyən etmək üçün nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən informasiya sistemi hazırlanaraq www.imei.az saytına inteqrasiya olunub. Eyni zamanda, Nazirlər Kabinetinin qərarının müvafiq bəndinə əsasən, zəruri məlumatlar NRYTN-in rəsmi internet saytında da yerləşdirilib.

www.imei.az saytında bu keçiddən – http://www.imei.az/phones istifadə etməklə, mobil cihazların istehsalçı şirkətini seçərək, model üzrə axtarış etməklə cihazın qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini öyrənmək mümkündür.

2013-cü ildən ölkəmizdə mobil cihazların qeydiyyatı aparılır. Qeydiyyat zamanı mobil cihazın Beynəlxalq GSM Assosiasiyasının standartlarına uyğunluğu yoxlanılır. Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) Beynəlxalq GSM Assosiasiyası tərəfindən təsdiq olunmayan cihazların istehlakına icazə vermir. Bu standartlar texniki göstəricilərlə yanaşı, insan orqanizmi üçün zərərli şüa yayan, keyfiyyətsiz mobil cihazların satışının qarşısını alır.

Ölkəmizdə hər bir mobil cihazın IMEI nömrəsi şəbəkədən xidmət almağa başladığı tarixdən ən gec 30 gün müddətində qeydiyyata alınmalıdır. Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM-kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilər. Mobil cihazların qeydiyyat sistemi itirilən və oğurlanan telefonların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır.

Vətəndaş aldığı mobil cihazı www.imei.az və https://smartpay.az/ səhifələrinə daxil olaraq onlayn qeydiyyatdan keçirə bilər. Həmçinin qeydiyyat üçün "Şəbəkə” Xidmət Mərkəzlərinə və poçt filiallarına da müraciət etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol