• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Azərbaycan qazı üçün anbar tikəcək

Gürcüstan Azərbaycan qazı üçün anbar tikəcək
27.08.2018 21:20
Almaniyanın Yenidənqurma və İnkişaf Bankı Gürcüstan ərazisində ilk yeraltı qaz anbarının tikintisi layihəsi üçün sərmayəçilərdən biri olacaq və bunun üçün 150 milyon avro kredit ayıracaq. 

Anews.az "İnterfaks”a istinadla xəbər verir ki, anbarın tikintisinə 2018-ci ildə başlanılması və işlərin 2021-ci ildə, Azərbaycanın "Şahdəniz” yatağından Gürcüstana nəql olunan təbii qazın həcminin xeyli artacağı vaxtda yekunlaşması gözlənilir. 

Layihə ölkədə qaz istehlakı və tədarükü arasında mövcud qeyri-tarazlığın aradan qaldırılmasını təmin edəcək və qış aylarının pik dövründə tələbatı ödəyəcək. Layihənin icrası üçün ümumilikdə 250 milyon dollar lazımdır. 

Avropa İnvestisiya Bankı bu məqsədlə Gürcüstana 100 milyon dollar kredit ayıracaq. Anbarın ehtimal olunan tutumu 280 milyon kub metrdir ki, bu da Gürcüstanın qaz tələbatının təxminən 15 faizi deməkdir. 

Gürcüstan regionda qaz anbarı olmayan yeganə ölkədir. İllik 2,5 milyard kub metr təbii qaz ehtiyacı olan Gürcüstan tamamilə idxaldan asılıdır. Bu ölkəyə təbii qaz idxal edən əsas ölkə Azərbaycandır. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol