• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in daha bir Eksklüziv mağazası abunəçilərin ixtiyarında

Azercell-in daha bir Eksklüziv mağazası abunəçilərin ixtiyarında
29.08.2018 16:24
Mağazanın açılışı münasibəti ilə kampaniyada iştirak edib 150 AZN hədiyyə balansı qazanmaq şansını əldən verməyin!

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom” MMC 4,5 milyonluq abunəçi ailəsi üçün yeniliklər təqdim etməyə davam edir. Yay fəsli boyu Bakıda və bölgələrdə bir-birinin ardınca yeni eksklüziv mağazalarını abunəçilərinin ixtiyarına verən şirkət bu dəfə Cavadxan küçəsi, 3005 ünvanında yeni konsepsiyasına uyğun növbəti mağazanın açılışını edib. Eksklüziv mağazanın açılışı münasibəti ilə Azercell abunəçilərinə sərfəli kampaniya da təklif edir. Belə ki, yeni mağazadan Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Bir həftə ərzində keçərli olan kampaniya çərçivəsində hədiyyə olaraq təqdim olunan məbləğdən internet xidməti və şəbəkədaxili zənglər üçün istifadə etmək olar. Bundan əlavə mağazada müştərilərə təqdim olunan xüsusi kuponla istənilən aksesuarı 20% endirimlə əldə etmək də mümkündür.

Azercell-in təqdim etdiyi yeni konsepsiyalı mağazalar abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edəcəklər. Bütün yeni konsepsiyalı mağazalarda olduğu kimi, burada da şirkətin müştəri xidmətləri mərkəzlərində həyata keçirilən bir çox əməliyyatların icrası mümkündür. Həmçinin, abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 3042, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1) və Bərdədə (İsmət Qayıbov küç., 8) ünvanında abunəçilərin ixtiyarına verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol